F-1.az xatırladır ki, “qırmızılar” bu mövsüm 13 yarışın 8-də poul qazansa da , bunlardan sadəcə dördünü qələbəyə çevirə biliblər. İtalyanlar Monako, Britaniya və Macarıstan yarışlarında taktika cəhətdən ciddi səhvlər ediblər. Lekler bu yarışlarda lider olsa da, strateqlərin səhvlərinə görə podiuma belə yüksələ bilməyib.
Mark Zurer: “Bütün strateqlər qovulmalıdır. Həmişə səhv qərar vermələrinə təəccüblə baxıram. Mən olsam, hamısını qovardım! Adam necə bu qədər səhv edə bilər? Bu inanılmazdır. Rəhbərlikdən bir nəfər onlara töhmət verməlidir”.