M.Zurer: “Ferrari-nin problemləri var”

Sabiq Formula1 sürücüsü Mark Zurer testlərdə ən sürətli nəticə göstərən Ferrari-nin etibarlılıq problemləri yaşadığını düşünür.

F-1.az xatrladır ki, italyanlar testlərin birinci həftəsində heyrətamiz performans göstərsələr də, ikinci həftədə hər gün problem yaşayıblar. Ferrari 8 günlük testlərdə sadəcə bir dəfə yarış tempində işləyə bilib.

Mark Zurer: “Testlərdə müxtəlif problemlər yaşadılar. Bir probleminiz varsa, həll etmək olar, amma problemlər çoxdursa, bu, çətin olacaq. Məncə, mühərrik həddən artıq çox qızır. Ferrari-nin arxa hissəsi çox dardır və hava girişi də azdır. Testlərin ikinci həftəsində üstünlükləri azaldı. Birinci həftə yarım saniyə üstün idilər. İkinci həftə isə bu fərq 0.2 saniyə oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*