F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən il 3 qələbə qazanmaqla yaponların 13 illik qalibiyyət həsrətinə son qoymuşdu.
Masaşi Yamamoto: “Honda olaraq Maks Ferstappenin layihəmiz üçün doğru adam olduğunu düşünürük. Gənc olsa da, performansı təsiredicidir. Ferstappen Honda ilə olan münasibətində gənc Sennanı xatırladır. Maks Honda-ya hörmət edir və özünü burada yaxşı hiss edir. Avstriyadakı podiumda Honda loqotipini göstərməsi onun çox xoşbəxt olduğunun sübutudur. Ona yaxşı motor vermək istəyirik, amma dörd sürücü də bizim üçün vacibdir”.