M.Volker: Hər yeri dağıdardım

Əfsanəvi Formula1 şərhçisi Murrey Volker bildirib ki, Britaniya yarışının son dövrələrini şərh etsəydi, özünü itirərdi.

F-1.az xatırladır ki, Lyuis Həmilton öz vətənindəki yarışda lider gedərkən son dövrədə təkəri partlamış və yarım dövrə üç təkərlə sürməli olmuşdu. Buna baxmayaraq, altıqat Dünya Çempionu yarışı qazanaraq, çempionatdakı liderliyini daha da möhkəmləndirmişdi.

1950-1997-ci illərdə Formula1 yarışlarını şərh etmiş Murrey Volker isə yarışın sonunu tarixi finişlərdən biri sayır: “O yarışl şərh etsəydim, özümü itirərdim. Şərh kabinəsinin tavanını uçurdardım. Çünki bütün dövrlərin ən həyəcanlı finişlərindən biri idi. Lyuis rahatlıqla qələbəyə gedirdi və hər şey bir saniyə içində az qala darmadağın olurdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*