F-1.az xatırladır ki, ispaniyalı sürücü 2022-ci ildə Apriliada ilk tam mövsümünü keçirib və üç podium qazanıb. Yekunda isə 122 xal toplayaraq, 11-ci yeri tutub.
Maverik Vinyales: “Düzünü desəm, özümü yaxşı hiss edirəm. Mövsüm ərzində yaxşı inkişaf etdik və komandaya yaxşı uyğinlaşdıq. Hər şey qaydasındadır və bu vacibdir. 2022-ci ildə çox şey öyrəndik.
Hər il bir-birindən fərqlənir. Bu il də fərqli olacaq. Bu ildən üzərimizdə daha çox təzyiq olacaq. Bu təbii və yaxşı haldır.
Təkmilləşməli və hədəfimizi dəqiqləşdirməliyik. Onda daha yaxşı iş görəcəyik. Ağıllı davranmalıyıq”.