M.Vinyales: Qarşıma məqsəd qoymamışdım

Aprilia komandasının sürücüsü Maverik Vinyales bildirib ki, 2022-ci ilə başlayanda qarşısına məqsəd qoymayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Aprilia ilə ilk tam mövsümünü keçirirdi. Lakin 25 yaşlı pilot mövsümə yaxşı başlamadı. Mövsümün ilk yarısında komanda yoldaşı Aleş Esparqaro bir qələbə, dörd podium qazansa da, Maverik çox geridə qalırdı. Mövsümün ikinci hissəsində isə özünə gələn Vinyales iki podium qazanıb və komanda yoldaşından yaxşı performans göstərib.

Maverik Vinyales: “Mövsüm başlayanda gözləntim yox idi. Sadəcə motosikleti yaxşı sürməyə çalışdım. Məqsədim motosikleti öyrənmək idi. Buna görə də mövsümün ortasından sonra gücləndik. Hazırda istəyim bu il də yüksək səviyyədə çıxış etməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*