F-1.az xatırladır ki, ilk yarışda ikinci olaraq podiuma yüksələn ispaniyalı sürücünün Argentinada işləri yaxşı getməyib. O, yarışı 12-ci yerdə tamamlayıb.
Maverik Vinyales: “Hələ ikinci yarışdır və inkişaf edə bilərik. Quru havada, sprintdə qanadsız tempimiz belə qələbəyə imkan verirdi.
Bu əla xəbərdir. Çox sakitəm, çünki bizim də vaxtımız gələcək. Buna əminəm. O vaxt gəlsə, bir də getməyəcək. İşləməyə və mübarizə aparmağa davam etməliyik. Ən yaxşı işi görməliyik”.