M.Vebber: Sürücülər qərarlardan razı qalmadılar

Sabiq Formula1 sürücüsü Mark Vebber düşünür ki, sürücülər Avstraliya yarışındakı qərarlara görə məyus olub.

F-1.az xatırladır ki, Avstraliya yarışında 3 dəfə qırmızı bayraq çıxarılıb və əksəriyyət bundan narazı qalıb. Hətta bəzi sürücülər hər qırmızı bayraqdan sonra yerindən startı düzgün saymır.

Oskar Piastrinin meneceri Mark Vebber: “Hər nə qədər üstünlük qazansaq da, yerindən start əsəbpozucudur.

İdman cəhətdən yerindən start gözəl və həyəcanvericidir. Ancaq yerindən start vaxtı təkərlər soyuq olur və qəzalar baş verə bilir. Bunu Albert Parkda da gördük.

Buna görə də Maqnussenin bəxti gətirmədi. Orada yenidən starta ehtiyac var idi? Bilmirəm. Təhlükəni sevmirəm. Onlar dünyanın ən yaxşı idmançılarıdırlar. Yekunda yenidən başladılar və Soft təkərlərdə olsalar belə pis nəticələnə bilərdi. Məncə, sürücülərə görə məyus oldular”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*