F-1.az xatırladır ki, almaniyalı sürücü Haas ilə yollarını ayırıb və hazırda komandasızdır. Mercedes komandası onu ehtiyat sürücüsü kimi transfer etmək istəyir.
Mark Vebber: “Məncə, bu gözəl həmlə olar. Atası da 2010-cu ildə Mercedes idmana qayıdanda orada idi və buna görə gözəl hekayə olar. Alman olması və güclü komandada olması böyük şansdır. Lyuis ya Corca nəsə olsa, orada yarışa biləcək”.