Sabiq Formula1 sürücüsü Mark Vebber bildirib ki, o Günter Ştayneri çox yaxşı başa düşür.
F-1.az xatırladır ki, Haas komandası təcrübəsiz Mik Şumaxeri göndərərək, yerinə doqquzmövsümlük təcrübəsi olan Niko Hülkenberqi gətirib.
Mark Vebber: “Haas-ın bu hərəkətinə bir az təəccübləndim. Belə görünür ki, gənc sürücülər arasında yaxşı namizəd tapmayıblar. Yoxsa Mikin yerinə gətirərdilər.
Bilirik ki, Günter debutant sürücüləri sevmir. Buna görə də təcrübəli sürücüləri seçir. Niko o maşınla qəza etməz. Gələn il daha yaxşı olacaq.
Niko hazırda çəki atıb. İdman zallnda yağlarını azaltmağa çalışır və ona uğurlar arzu edirəm”.