M.Vebber: Oskar həmişə sədaqətli idi

Sabiq Formula1 sürücüsü Mark Vebber bildirib ki, Oskar Piastri işlədiyi adamlara qarşı həmişə sadiq olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Alpine komandasına məxsus olsa da, 2022-ci ilin yayında qalmaqallı şəkildə McLaren-ə transfer olmuşdu.

Bu məsələ məhkəməyə qədər getsə də, sonda avstraliyalı sürücü davanı qazanmış və McLaren-ə keçidi təsdiqlənmişdi.

Mark Vebber: “Oskar qalmaqallara baxmayaraq sakit qaldı və mümkün qədər sədaqətini göstərdi. Sadəcə cavabları gözlədi.

Son 8 ildə Avstraliyada onu dəstəkləyənlər qərarı səbirsizliklə gözlədikləri halda, o sakit oturdu.

McLaren dəyişiklik istəyirdi. Piastrinin boşda olduğunu eşidəndə bir vaxtlar Norris, Sayns və Həmiltonda etdikləri kimi riskə getdilər. Beləliklə, Oskar Formula1-ə qədəmlərini qoydu.

2022-ci ildə Formula1-də yarışmalı idi, amma Alpine ona test sürücüsü işini verdi. Testlər bir sürücünün xəyalı deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*