F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 2022-ci ildə yarış qazana bilməyib və ilk dəfə bir mövsümü qələbəsiz bağlayıb.
Mark Vebber: “Lyuis 2021-ci ilin Əbu Dabi yarışından sonra çətin anlar yaşadı. 2022-ci il bolidinin zəif olması onun əhvalını daha da pozdu. Yenə də onun qazanmaq instinktləri var. Mercedes 2023-cü ildə güclü olsa, köhnə Lyuisi yenidən görə biləcəyik”.