F-1.az xatırladır ki, almaniyalı sürücü 2015-ci ildə Ferrari-yə transfer olunmuş və cəmi 14 yarış qazana bilmişdi.
Mark Vebber: “İndi bütün iplər Leklerin əlindədir, çünki Ferrari-nin hazırda sevimli sürücüsüdür. Sebastyan da komandanı çempion etməkçün əlindən gələni etdi, amma alınmadı. Buna görə də hər iki tərəfin bir-birinə olan inamı sarsıldı. Bu da vacib faktordur.
Almanlar maşın kimidirlər. Onlar hər şeyi avtomatik formada həll edirlər. İngilislər, avstriyalılar, yeni zelandiyalılar və cənubi afrikalılar ortababdırlar. Bunlara tamamən əks tərəfdə isə italyanlar var.
Bu tərəfdaşlıq Fetteli çox yordu. Ona bir neçə dəfə demişəm ki, öz yaşıdlarından qoca görünürsən. Bəlkə də, növbəti mövsüm yarışmaq istəməz. Mənə elə gəlir ki, səhər oyananda Ferrari sürücüsü olduğu üçün özünü yaxşı hiss etmir. Bu da sürücü üçün böyük problemdir”.