F-1.az xatırladır ki, Şarl Lekler “qırmızılar”ın sıralarına keçən il qoşulsa da, ilk mövsümündə iki yarış qazanıb. Bundan sonra monakolu sürücü Ferrari ilə uzunmüddətli müqavilə bağlayıb. Amma Formula1-in ən titullu komandasının builki performansı heç də ürəkaçan deyil.
Mark Vebber: “Şarl Lekleri izləmək lazımdır. Onunla maraqlanıram və görək Ferrari-də nə edəcək. İstənilən sürücü Ferrari-yə gələndə, ilk mövsümündə xoşbəxt olur. Amma 2 ildən sonra vəziyyət o həddə çata bilər ki, Lekler komanda ilə heç işləmək istəməz.
Ferrari-də yarışmaq asan deyil. Bunun tək səbəbi təzyiq deyil. Komanda daxilində tənqidlərin hədəfi ola bilərsiniz. Lekler də bu vəziyyətə gələ bilər”.