M.Uebberin favoriti kimdir?

Sabiq Formula1 sürücüsü Mark Uebber yeni mövsümdən əvvəl komandaları və sürücüləri dəyərləndirib.

F-1.az xatırladır ki, mövsümöncəsi qış testlərində Ferrari daha stabil və sürətli görünürdü. Testləri izləyən avstraliyalı şərhçi də bu fikirdədir: “Komandalar güclərini gizlədirlər. Mercedes bir az geridə olacaq. Red Bull-da isə Maks Ferstappen faktoru var. Belə sıx mübarizələrdə Maks Ferstappen və Lyuis Həmilton ən yaxşı sürücülərdir. Maks riskə çox gedəcək və hər yerdə hücumlar edəcək.

Renault-nun isə güclü olmağına vaxt lazımdır. Lakin Rikkardo onları daşıyacaq. Buna şübhə etmirəm. Ancaq onun yarış qazanması üçün bəzi hallar baş verməlidir. Rikkardo vahid dövrədə güclü deyil, amma yarış performansı güclüdür. Renault ilə yaxşı nəticə qazana biləcək yeganə adam odur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*