M.Uebber yeni bolidlərdən narazıdır?

Sabiq Formula1 sürücüsü Mark Uebber aerodinamik anlamda ciddi dəyişikliklərin olacağı 2017-ci il mövsümündə mühərrik gücünün ön planda olacağını deyib.

F-1.az xatırladır ki, bu ildən etibarən reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsi artacaq. Belə olan halda dövrə zamanlarının da təkmilləşməsi gözlənilir.

Amma Red Bull komandasının sabiq sürücüsü Mark Uebber hər şeyin mühərrik gücündən asılı olacağını və bunu heç kimin gözardı etməməli olduğunu bildirib: “Bolidlərdə asfaltayatma qüvvəsi artacaq və bu da güc həssaslığı əmələ gətirəcək. Düşünürəm ki, 2017-ci ildə komandalara daha çox mühərrik gücü lazım olacaq. Bolidlər yavaşlayacağı üçün sürətləri aşağı düşəcək. İdmanın inkişafı üçün bu həmlələr gözəl görünə bilər. Bolidlər uzun illərdən sonra yenidən sürətli olacaqlar və biz maraqlı mübarizələrin şahidi olacağıq. Sürücülər isə pullarını qazanmağa və podiumda hamıya gülməyə davam edəcəklər. Bunlar gözəl şeylərdir. 10 il əvvəlki zaman nəticələrini görmək həyəcanverici olacaq. Yeni mövsümü izləmək üçün səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*