F-1.az xatırladır ki, Rosberq bu mövsüm 5, Həmilton isə 2 yarış qazanıb. Mark Uebber verdiyi açıqlamada bildirib ki, britaniyalı sürücü əsl gücünü göstərəcək və ardıcıl 3-cü Dünya Çempionluğunu qazanacaq: “Həmiltonun hələ də çempionluq şansı var. O doğru addımlar atanda çox təhlükəli və sürətli sürücü olur. Əgər hər yarış həftəsonunda əlindən gələni etsə, Rosberq üçün çətin günlər başlayacaq. Amma Rosberq bu mövsüm hələ də əsl Həmilton ilə qarşı-qarşıya gəlməyib. Bu, onun bəxtinin gətirməsi deməkdir”.
Xatırladaq ki, növbəti yarış iyulun 3-də Avstriyada keçiriləcək…