F-1.az xatırladır ki, bu il Rikkardo Formula1-də 7-ci, Ferstappen isə 3-cü mövsümünü keçirəcək. Karyerasında 109 yarışa çıxmış avstraliyalı keçən mövsüm Ferstappeni qabaqlayaraq 3-cü olmuşdu.
Formula1 tarixinin ən gənc qələbə qazanan sürücüsü Ferstappen isə karyerası ərzində 40 yarışa çıxıb.
WEC seriyası üzrə Dünya Çempionu olmuş Mark Uebber bildirib ki, Rikkardo daha təcrübəlidir və yeni qaydaların olduğu dövrdə bunun böyük üstünlüyü olacaq: “Aralarında sıx mübarizə olacaq. Keçən mövsüm olduğu kimi yaxın mübarizə aparsalar da, Daniel mövsümü daha yuxarı pillələrdə bitirəcək. Rikkardonun təcrübəsi mövsümün əvvəlində üstünlük qazandıracaq. Əgər digər sürücüyə nisbətən daha çox qayda dəyişikliyi görmüsünüzsə, bu işinizə yarayar. Aralarındakı mübarizəni izləməkdən həzz alacam. Maks da çox istedadlı sürücüdür, amma zamana ehtiyacı var. Hələ öyrənmə vaxtlarında olsa da, inanılmaz işlər görəcək potensialı var”.