F-1.az xatırladır ki, 28 yaşlı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir və avstraliyalı sürücü yeni müqavilə bağlamağa tələsmir. Buna görə də əksəriyyət düşünür ki, komanda bütün resurslarını gənc Ferstappen üçün istifadə edəcək.
Mark Uebber: “Məncə, edəcəyi ən yaxşı şey Maksı məğlub etmək olacaq. O da bunu bilir və bunun üçün əlindən gələni edəcək. 5-6 ay ərzində komandanın vəziyyətinə baxıb qərar verəcək. Mercedes də qərar verməkdə tələsməyəcək. İyuna qədər Bottası izləyəcəklər. Lakin Maksı məğlub etsə və Red Bull uçsa, niyə ayrılsın? Danielə maşının rəngi maraqlı deyil. Sadəcə qalib gəlmək istəyir. Bunu edə bilər və komanda kim öndə olsa, onu dəstəkləyəcək. Rikkardo əla formadadır, çünki o, Red Bull-un məhsuludur. Daniel Dünya Çempionu olsa, Helmut məyus olmaz. Maksı da sevir. İkisi də onun sevimli sürücüləridir”.