F-1.az xatırladır ki, fransalılar bu ilə yüksək hədəflərlə başlasalar da, hər 4 yarışı tam heyətlə başa vura bilməyiblər. Hazırda 12 xal toplayan Renault Mühəndislər Kubokunda 7-ci yerdədir. Komanda Bakıda müştərisi olan McLaren-in tempinə cavab verə bilməyib.
Mark Uebber: “Gözlənildiyi kimi geridə qalırlar və çox iş görməlidirlər. İndidən təzyiq altındadırlar. Çünki performansları danışdıqları kimi deyil. Renault komandası mövsümün əvvəlində podium mübarizəsindən danışırdı. Amma bundan uzaqdadırlar. Çətin oldu və hazırda etibarlılıq problemləri yaşayırlar. Eyni mühərrikdən istifadə edən McLaren isə onları məğlub edir”.