M.Uebber ordenə layiq görülüb

Təqaüdə yeni çıxan sabiq Formula1 və WEC sürücüsü Mark Uebber Avstraliya Günündə ölkəsinin ən yüksək ordenlərindən biri ilə təltif olunub.

F-1.az xatırladır ki, Mark Uebber 2002-2013-cü illərdə Formula1-də, 2014-2016-cı illərdə isə Dünya Dözümlülük Çempionatında (WEC) çıxış edib. Avstraliyalı sürücü Formula1-də 9 qələbə qazanmış və üç dəfə mövsümü üçüncü yerdə başa vurmuşdu. Dünya Dözümlülük Çempionatında isə 2015-ci ildə Dünya Çempionu titulunu qazanmış və 24 saatlıq Le Man marafonunda ikinci olmuşdu. 40 yaşlı sürücü 2016-cı il mövsümünün sonunda təqaüdə çıxmışdı.

Hazırda avstraliyalı sürücü Porsche-nin səfiri kimi çıxış edir.

Uebber həm avtoidmandakı uğurlarına görə, həm də yardım aksiyaları təşkil etdiyinə görə Avstraliyanın Dövlət Ordeninə layiq görülüb.

Xatırladaq ki, Uebber yarışdan başqa xərçəng xəstəsi olan uşaqlar üçün Tasmaniyada bir neçə dəfə trekkinq etmişdi. Bu xeyriyyə aksiyasına başqa məşhurlar da qoşulmuşdular.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*