M.Uebber: “İlk yarışı Fettel qazanacaq”

Sabiq Formula1 sürücüsü Mark Uebber düşünür ki, Avstraliyada ilk yarışı Sebastyan Fettel qazanacaq.

F-1.az xatırladır ki, Ferrari komandası qış testlərində gözəl performans göstərdiyi üçün Mercedds-in əsas rəqibi hesab edilir.

Mark Uebber: “Ferrari testlərdə gözəl performans nümayiş etdirdi və yeni mövsümdə güclü olacaqlar. İlk yarışda “qırmızılar”ın öndə olmasını gözləyirəm. Fettel qazanacaq. Lyuis bu il özünü boliddə rahat hiss etmir. Mercedes əvvəlki illərə nisbətən hegemon komanda deyil.

Red Bull göründüyü qədər yavaş deyil. Bəlkə də ilk yarışlarda öndə olmazlar, amma mübarizə aparacaqlarına inanıram. Bu mövsüm 3 komanda arasında gərgin mübarizə izləyəcəyik. Ferstappen də bu il qaldığı yerdən davam edəcək. Güclü istedaddır və nəyə qadir olduğunu dəfələrlə göstərib. Əgər Renault güclü mühərrik bazırlaya bilsə, öndəki 3 komanda arasında güclü mübarizə izləyərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*