F-1.az xatırladır ki, almaniyalı sürücü Formula1-də 9 mövsüm keçirib 177 yarışa çıxsa da, bir dəfə də olsun podiuma yüksələ bilməyib.
Bu il isə Renault daha gənc olan Okonu transfer edərək Hülkenberqi komandadan göndərib. Bununla da özünə komanda tapa bilməyən 32 yaşlı pilot Formula1-dən getməli olub.
Mark Uebber: “Bu qərar məni məyus etmədi. Formula1-də uzun illər keçirsə də, uğur qazana bilmədi. Belə olan halda da, çempionatda çox qala bilməzsiniz. Formula1-də 10 mövsüm keçirtdi və 177 yarışa çıxdı. Bu, çoxdur. Həmişə gənc və daha motivasiyalı sürücülər olur. Buna görə də Nikonun getmək vaxtı gəlmişdi”.