F-1.az xatırladır ki, altıqat Dünya Çempionu Lyuis Həmilton gələn il növbəti titulunu qazanaraq, Mixael Şumaxerə çatmaq istəyir. Ferrari və Red Bull isə 2019-cu ilin ikinci yarısında Mercedes-lə başa-baş mübarizə apara bilmişdi.
Mark Vebber: “Sebastyan Fettel və Şarl Lekler stabil olaraq xal qazana bilərlər. Buna görə də Ferrari Mühəndislər Kubokunun qalibi ola bilər. Ancaq sürücülər çempionatında Lyuisi favorit görürəm. Onun Şumaxerə çatıb-çatmayacağını görmək üçün səbirsizlənirəm”.