M.Uebber: “Halo sisteminə vaxt vermək lazımdır”

Eks Formula1 sürücüsü Mark Uebber bildirib ki, Halo sistemi barədə tənqidlər doğru deyil, əvəzində sistemi inkişaf etdirmək üçün işləmək lazımdır...

F-1.az xəbər vermişdi ki, Ferrari Barselonada keçirilən mövsümöncəsi testlərdə halo sistemini test etmişdi. Bundan sonra Formula1 Dünyası iki yerə bölünüb. Bəziləri sistemi müdafiə etdiyi halda, digərləri sərt tənqid ediblər. Hətta Lyuis Həmilton sistem üçün “ən çirkin modifikasiya” deyib.

Mark Uebber bu barədə açıqlama verib və bildirib ki, o, hər iki tərəfi də başa düşür, ancaq yeni sistemin görüntüsünün düzəlməsi üçün vaxta ehtiyac var: “İnsanların bu mövzuda iki yerə bölünməsi təəccüblü deyil.

Biz qorxulu qəzalar keçirtdik və çoxlu faciəvi qəzalar olur. Ona görə də bu ssenarilərdən dərs çıxarmaq lazımdır.

Halo sistemi pilotları qəza zamanı ilk zərbəyə qarşı qoruya biləcək.

Bu sistem Felipe Massanı qoruya bilərdimi? O cür hadisə yenə də ola bilər. Bəs halo sistemi pilotların başını təmiz bağlamaq üçün ilk addımdır? Ola bilər, amma insanlar həmişə bu mövzuda iki hissəyə bölünəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*