F-1.az xatırladır ki, Fettel Avstraliyada keçirilən mövsümün ilk yarışını qazanmış və proqnozların əksinə, Həmiltonun işinin asan olmayacağını göstərmişdi.
Mark Uebber: “Parlaq nəticə idi. Xüsusən də idman və Ferrari üçün. İtalyanlar Mercedes-i sıralanma turu və startdan başqa bütün sahələrdə məğlub etməyi bacardılar. Amma yarış hamısına bəs elədi. Strategiya cəhətdən daha yaxşı iş görərək qalib gəldilər. Fettel çox soyuqqanlı idi və iki sürücü arasında mükəmməl mübarizə izləyəcəyik.
İki fərqli komandanın qələbə uğrunda mübarizə aparması həmişə yaxşı olub. Məncə, bu mövsüm iki çempion sürücü arasında nəfəskəsən mübarizə izləyəcəyik”.