M.Uebber: “Ekklstoun olsa, Həmilton Ferrari-də olardı”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Berni Ekklstoun idmanın sahibi olsaydı, Həmilton və Fettel komanda yoldaşı ola bilərdilər.

F-1.az xatırladır ki, Həmilonun Mercedes-lə müqaviləsi ilin sonunda bitir və tərəflər arasında hələ də razılıq əldə edilməyib.

Mark Uebber: “Məncə, Berni hazırda Formula1-də olsaydı, Həmiltonun Ferrari-yə keçidi asan olardı. O, buna nail olardı. Berni bu cütlüyün Ferrari-də yarışmasını istəyirdi və bunu izləmək gözəl olardı. Amma inanmıram ki, bu mümkün olsun. Lyuisin yeni müqavilə bağlamamaq səbəbi pul deyil. Nəticədə Həmilton peletondakı ən güclü sürücülərdən biridir. Buna görə də işlər asanlıqla həll olmayacaq. Həmiltonun gələn il Ferrari-yə gedəcəyinə inanmıram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*