F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Formula1 və WEC-də 25 yarışa çıxacaq. Xüsusən də, iyun və iyul aylarında Alonsonu ağır qrafik – ardıcıl 5 həftə yarış gözləyir.
Mark Uebber: “İndy-də çıxışı əla idi. McLaren keçən il bərbad idi. Ümid edirəm ki, bu il güclənərlər. Amma seriyalar arasındakı yerdəyişmələr Alonsonun diqqətini yayındıra bilər və Formula1-dəki nəticələrinə təsir göstərə bilər. Ümid edirəm ki, belə olmaz.
Le Manda yarışmaq onun üçün mükəmməldir. Bundan həzz alacaq. Amma bütün mövsüm belə olacağına əmin deyiləm. Görək McLaren necə edəcək”.