F-1.az xatırladır ki, Alonso keçən ilin may ayında İndy500 yarışında iştirak etmişdi. Bu il isə 24 saatlıq Daytona marafonunda çıxış edəcək və bu yarışı Le Man üçün ilk hazırlıq kimi görür. İspaniyalı sürücü həm İndy500, həm də 24 saatlıq Le Man yarışlarını qazanaraq, “avtoidmanın üç tacı”na sahib olmaq istəyir.
Mark Uebber: “Bu tamamilə səhvdir. Formula1 və WEC çox fərqlidirlər. Hər ikisi də zehni güc tələb edir və enerjinizi alır. Əgər Formula1-də yarışırsınızsa, diqqətiniz dağılmamalıdır. Le Man isə onun diqqətini dağıda bilər. Bunu bir neçə dəfə Le Manda iştirak etmiş sürücü kimi deyirəm. Əgər Fernandonun yerində olsaydım, bunu etməzdim. Fernando ya Le Manda yarışmağı seçib Formula1-də mövsümü bağlayar, ya da məyus olar. Le Man yarışı bir neçə gün əvvəl başlayır. Gecə-gündüz yarışırsan, fanatlarınla görüşürsən. Komanda yoldaşlarınla toplantılar edib həftəsonu haqqında planlar hazırlayırsan. Kimin nə vaxt yarışacağını seçirsən. Uzun sözün qısası, zehni cəhətdən çox şey tələb edir. Fernando bunları bilmək üçün Daytnada iştirak edir. Hər şeyi ölçüb-biçəcək və nəyə ehtiyacı olduğunu görəcək. Əminəm ki, doğru qərar verəcək”.