M.Templ: “Alonso qeyri-adi sürücüdür”

McLaren komandasının yarış mühəndisi Mark Templ bildirib ki, Alonso çox ağıllı sürücüdür və boliddən maksimumu ala bilir.

F-1.az xatırladır ki, 2005-ci və 2006-cı illərdə Dünya Çempionu olmuş Alonso peletonun ən güclü sürücülərindən sayılır.

Templ bildirib ki, Alonso yarışlarda həm limitlərdə sürə bilir, həm də ağlında strateji hesablamalar apara bilir: “Onun ağlı və yüksək səviyyəli istedadı ortaya Alonso kimi sürücünü çıxarır. Bu da ona bolid sürərkən fərqli şeylər düşünməyə imkan yaradır. Yarış zamanı bir neçə məlumatı gözdən keçirərək, strateji qərarlar verə bilir. Bolidə minən zaman məqsədi ən yaxşı nəticə almaq olur. Bəzən boliddən maksimumdan artığını alır və bu da ancaq Fernandoya xas cəhətdir. Heç vaxt emosiyalarına məğlub olmur. Həmişə nə etdiyini bilərək sürür. Onunla işlədiyimə görə özümü çox xoşbəxt və şanslı hesab edirəm. Ümid edirəm ki, 2017-ci ildə işlər qaydasına düşər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*