M.Şumaxerlə Ferstappeni nə fərqləndirir?

Aşağı seriyalarda həm Max Ferstappen, həm də Mik Şumaxerlə işləmiş Frits van Amersfoort iki sürücünü müqayisə edib.

F-1.az xatırladır ki, Maks Formula3 seriyasında Okondan sonra ikinci olsa da, 2015-ci ildə 17 yaşındaykən Formula1-də debüt edib. Bu müddətdə 5 yarış qazanan sürücü hazırda elit sürücülər siyahısındadır.

Mik Şumaxer isə Formula3-də ikinci mövsümündə çempion olub və bu il Formula2-də debüt edəcək.

Frits van Amersfoort: “Öz yolu ilə getməyi seçən və hər şeyi qaydasına görə edən çox sürücü var. Amma Mik həmişə nəsə öyrənmək istəyir. Trasa hər çıxanda nəsə öyrənməyə çalışır. Mik çox çalışqan yarışçıdır. Maks kimi dəlisov deyil. Maksda olan cəsarəti başqa sürücüdə görməmişəm. Bu hal bəzən ona xeyir verir, bəzən də pis olur.

Lakin Mik ağıl ilə hərəkət edir. Onun gücü budur. Yarışları ağlı ilə qazanmaq istəyir. Yarışın təkcə maşın sürməkdən ibarət olmadığını bilir. Bunu böyük ehtimalla atasından öyrənib.

Şarl da maraqlı sürücüdür və saf sürətinə görə güclüdür. Buna görə də Ferrari doğru seçim edib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*