F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Almaniyada avtoidmanın inkişafına töhfə vermək üçün Kerpendə kartinq meydançası tikdirmişdi. Əfsanəvi sürücü xizəkdə qəza etməmişdən əvvəl burada müxtəlif yarışlarda iştirak edirdi.
Açıqlamalara əsasən, Kölndən 30 km uzaqlıqda yerləşən meydançanı Almaniyanın RWE şirkəti sökərək kömür şaxtası tikəcək. Bu barədə Ralf Şumaxer belə danışıb: “Yeni kartinq trası olmayacaq. RWE ilə həll yolu tapmağa çalışsaq da, alınmadı. Bu məyusedicidir”.
Mixael Şumaxerin meneceri Sebine Kem də bu barədə sadəcə “ailəsi söhbətdən xəbərdardır” deməklə kifayətlənib…