M.Şumaxerin maşını rekord qiymətə satılıb

Bir neçə gün əvvəl RM Sotheby’s hərrac evi Mixael Şumaxerin 2003-cü ildə yarışdığı və ona altıncı titulunu qazandıran maşını Ferrari F2003-GA-nı satışa çıxarmışdı.

F-1.az xəbər verir ki, maşının qiymətinin mütəxəssislər tərəfindən 8 milyon funt sterlinq olacağı təxmin edilirdi, lakin real qiymət bundan çox olub. Çərşənbə günü Cenevrədə baş tutan hərracda adı açıqlanmayan isveçrəli kolleksioner maşına 13 milyon İsveçrə frankı (13.2 milyon dollar) ödəyib ki, bu, bir Formula1 maşını üçün rekord qiymətdir.

Qeyd edək ki, əvvəlki rekord da yeddiqat dünya çempionunun digər maşınına aid idi – onun çempinluq qeyd etdiyi daha bir maşın olan F2001 2017-ci ildə Nyu-Yorkda 7.5 milyon dollara satılmışdı.

Xatırladaq ki, Mixael yenicə satılmış maşınla 2003-cü ildə 9 yarış keçirib və onlardan beşini qələbə ilə başa vurub. Maşın bu il komandanın Maranellodakı bazasında yenidən qurulub, ötürmələr qutusu, mufta, hidravlika, 3 litrlik V10 mühərrik də daxil olmaqla, bir çox detalı dəyişdirilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*