F-1.az xatırladır ki, Mik keçən il İtaliya və Almaniya F4 çempionatlarını ikinci yerdə tamamlamış və bu mövsümdən etibarən Avropa F3 çempionatında mübarizə aparacaq. Qeyd edək ki, gənc sürücü Ferrari-nin sürücü akademiyasından da təklif alıb.
19 yaşlı istedadlı sürücü əksər hallarda atası barədə suallara cavab verməsə də, bildirib ki, ən böyük idealı Formula1-də bütün rekordları alt-üst etmiş atası Mixael Şumaxerdir: “İdealım atamdır. Çünki o ən yaxşısıdır. Əsas hədəfim Formula1 üzrə Dünya Çempionu olmaqdır. Hazırda işimlə məşğulam və görək gələcəkdə nə olur”.
Xatırladaq ki, Avropa F3 mövsümü aprelin 14-də Britaniyada start alacaq.