M.Şumaxerin bolidi 7.5 milyon dollara satılıb

Mixael Şumaxerin Monakoda qalib gəldiyi sonuncu F2001 bolidi Nyu Yorkdakı hərracda 7.5 milyon dollara satılıb. Beləliklə, 2001-ci ilin çempion bolidi oF2001 müasir dövrün ən bahalı bolidi olub.

F-1.az xəbər verir ki, bu gəlirin bir hissəsi Mixael Şumaxerin Keep Fighting Foundation fonduna bağışlanacaq. Qeyd edək ki, Şumaxer bu bolidlə həm sonuncu dəfə Monakoda qalib olmuş və eyni zamanda karyerasının 4-cü Dünya Çempionu titulunu qazanmışdı. Almaniyalı sürücü həmin mövsümdə 9 qələbə qazanmış və ikinci yerdəki Devid Kultharddan iki dəfə çox xal toplamışdı. Daha bir qələbəni Mixael bu maşınla 2002-ci ilin ilk yarışında qazanmışdı.

Satışa çıxarılan maşın haqqında daha geniş məlumatı Ferrari F2001 yazısından oxuya bilərsiniz…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*