F-1.az bildirir ki, RTL kanalı öz mənbələrindən Offenburq şəhər prokurorluğunun məsələ ilə bağlı araşdırmalar aparması barədə məlumat əldə edib. Çünki bu, hazırda müalicə alan yeddiqat dünya çempionunun şəxsi həyatına kobud müdaxilədir.
Prokurorluqdakı sənədlərdə yazılıb: “Naməlum bir şəxs bəzi nəşrlərə külli miqdarda pul qarşılığında gizli çəkilmiş şəkli təklif edib”.
Dekabrın 29-da Mixaelin Alp dağlarında xizək sürərkən yıxılıb başını zədələməsinin üç ili tamam olacaq. Əfsanəvi sürücünün ağır kəllə-beyin zədəsi aldığı və yataq rejimində müalicə olunduğu bildirilirdi. Uzun müddətdir ki, onun səhhəti barədə heç bir məlumat verilmir – bu, Şumaxerlər ailəsinin prinsipial mövqeyidir.
Sürücünün meneceri Sabine Kem dünən bir daha bildirib ki, Mixaelin səhhəti ictimai mövzu deyil və bundan sonra da heç bir məlumat verilməyəcək.
Avstriyanın Motorsport-Magazin nəşri bildirir ki, Kem məsələ ilə bağlı ailə tərəfindən proqkurorluğa müraciət olunduğunu təsdiq edib. Almaniyada nəşr olunan Focus jurnalının fikrincə, “Mübarizəyə Davam Et” layihəsi məhz bu hadisələrə cavab olaraq başladılıb…