F-1.az bu xəbəri Almaniya mətbuatına istinadən yazır. Xatırladaq ki, almaniyalı sürücü bu mövsümün ikinci yarısında xal qazana bilməyən yeganə pilotdur. O, son xalını Avstriyada qazanmışdı. Üstəlik etdiyi qəzalara və komandanı xərcə salmasına görə komandanın prezidenti Cin Haas gənc Şumaxeri dəfələrlə tənqid etmişdi.
Mik Şumaxeri növbəti mövsüm böyük ehtimalla Niko Hülkenberq əvəz edəcək. Hətta İtaliya mətbuatı iddia edir ki, bir neçə saatdan sonra Haas komandası rəsmi olaraq Niko Hülkenberqi açıqlayacaq.
Qeyd edək ki, 35 yaşlı Hülkenberq Formula1-də 181 yarışda iştirak etsə də, bir dəfə də olsun podiuma yüksələ bilməyib. O, 2019-cu ilin sonunda Formula1-dən ayrılmış və 2020-2022-ci illərdə bəzi yarışlarda Aston Martin-in sükanı arxasına keçmişdi.
Mik Şumaxer isə gələn il peletonda olmayacaq. İddialara görə Mercedes və Alpine onu ehtiyat sürücü kimi heyətində görmək istəyir.