F-1.az xatırladır ki, almaniyalı sürücü Macarıstandakı üçüncü sərbəst yürüşlərdə qəza edib. Buna görə də bolidin sol tərəfi ciddi zədələnib. Mik 30G təzyiqə məruz qalsa da, boliddən özü düşüb.
İlk təhlillərdən sonra məlum olub ki, Haas-ın şassisində problem yoxdur və buna görə də yeni şassiyə keçməyəcəklər. Lakin zərbəyə görə ötürmələr qutusu zədələnib və Mik yeni ötürmələr qutusuna keçməli olub. Buna görə də gənc sürücü yarışın startında 5 yer itirəcək.