M.Şumaxer: Yarışmaq istədim

Mercedes komandasının ehtiyat sürücüsü Mik Şumaxer bildirib ki, Bəhreyndə sükan arxasına keçmək istəyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Haas-da iki mövsüm yarışdıqdan sonra komandadan göndərilmiş və 23 yaşlı sürücü ehtiyat pilot kimi Mercedes-ə transfer olunmuşdu.

Mik Şumaxer: “Bir stolda oturmuşdum və elə bilirdim ki, gün bitməyəcək. Bolid sürməyi çox istəyirdim. Bu da yarışmaq istədiyimi göstərir. Boliddə olmayanda özümü pis hiss edirəm. Gələcəkdə nə olacaq bilmirəm. Mercedes-də özümü evimdəki kimi hiss etsəm də, gələn mövsüm üçün bütün alternativlərə baxmalıyam. Məncə, növbəti aylarda hər şey dəqiqləşəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*