M.Şumaxer və Covinatsi Ferrari-nin ehtiyat sürücüləri olacaqlar

Ferrari gələn il ehtiyat sürücü kimi Mik Şumaxer və Antonio Covinatsinin xidmətindən istifadə edəcək.

 

F-1.az bildirir ki, Mik Şumaxer gələn il həm Haas-da yarışacaq, həm də 11 yarışda Ferrari-nin ehtiyat sürücüsü olacaq. Bu isə o deməkdir ki, bu yarışlardan birində Lekler ya da Saynsa nəsə olsa, onlardan birini Mik əvəz edəcək.

Mattia Binotto: “Antonionun vaxtı olmayanda ehtiyat sürücümüz Mik Şumaxer olacaq. Mik idmandakı ikinci mövsümünə hazırlaşır. O, Ferrari Sürücü Məktəbinin yetirməsidir. Onun komandamızda ehtiyat sürücü olmasına görə sevincliyik”.

Qalan 12 yarış həftəsonunda isə komandanın ehtiyat sürücüsü Antonio Covinatsi olacaq. Mattia Binotto bildirib ki, əgər Haas və Alfa Romeo komandalarında sürücülərdə problem olsa, Covinatsi bu iki komandanın birində yarışa bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*