F-1.az xatırladır ki, almaniyalı sürücü ikiyarışlıq xal seriyasından sonra yenidən onluqdan kənarda qalıb.
Mik Şumaxer: “Medium təkərlə çətin start aldıq. İstədiyimiz kimi olmadı. Çətinlik çəkdiyimiz üçün pitə tez gəldik, amma trasa təhlükəsizlik maşını çıxdı. Buna görə də hamı asanlıqla pitə girib-çıxdı. Burada pit yolu uzundur və fərq böyük olur. Buna görə də çox geri qaldıq. Daha sonra Çjou ilə təmas yaşandı. Ümid edirəm ki, Budapeştdə yaxşı olar”.