F-1.az xatırladır ki, Mixael Şumaxer 1993-cü ildə Patreze ilə komanda yoldaşı olmüş və onu sıralanma turunda 16-0 məğlub etmişdi. İtaliyalı sürücü bu vəziyyətə görə narazı idi.
Flavio Briatore: “Patreze Belçikada çox problemlə üzləşmişdi. Mənə gəlib dedi ki, Mixaelin maşını daha güclüdür və buna görə xoşbəxt deyil. Mən isə ona dedim ki, bəlkə də, haqlısan. İndi isə Ross Braun və Rori Birnin yanına gedəcəm və onlara deyəcəm ki, bolidləri dəyişək. Daha sonra bunu Mixaelə dedim və çox əsəbləşdi. Mixaelə dedim ki, əsəbisənsə, daha sürətli sür. Onda hər şey düzələcək. O da trasa çıxdı və çox sürətli idi”.
Şumaxer o sıralanma turunda Patrezenin maşını ilə italiyalı sürücüyə iki saniyəyə yaxın fərq atmışdı. Yarışda isə almaniyalı sürücü ikinci olaraq, altıncı yerdəki komanda yoldaşına bir dövrə fərq atmışdı. Rikkardo Şumaxerə biabırçı məğlubiyyətdən sonra karyerasını bitirmişdi.