M.Şumaxer: Özümü yox edə bilməzdim

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, son dövrədə Maks Ferstappenin yarışını məhv etməmək üçün əlindən gələni edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Həmiltona qarşı liderliyini qorumağa çalışırdı. Lakin bu anda Mik Şumaxer qarşısına dövrəvi sürücü kimi çıxdı. Almaniyalı sürücü son sektorda Ferstappeni arxasında saxladı və 24 yaşlı pilot bu hərəkətə çox əsəbiləşdi.

Mik Şumaxer: “Onların qələbə uğrunda mübarizə apardıqlarını bilirdim. Maks arxamda idi. Lyuis də onun arxasında idi. Onu əsəbiləşdirmək istəmirdim. Maks da mənim hesabıma DRS qazandı və buna görə də fərqi yenidən açdı. Son sektorda özümü yox edə bilməzdim. Mən də yarışıram. Onların önünü açmaq üçün əlimdən gələni etdim, amma yarışıma da fokuslanmalı idim. Bolidi yolda tutmalı idim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*