M.Şumaxer oturacaq sazlanmasından keçib

Mik bu il Mercedes-in ehtiyat sürücüsü olacaq və buna görə də oturacaq sazlanmasından keçməsi vacibdir. Gənc sürücü bu məqsədlə komandanın bazasına baş çəkib

F-1.az bildirir ki, bu, Mik və komanda üçün mövsümə hazırlığın mühüm mərhələsidir, çünki komandanın əsas sürücülərindən birini – Lyuis Həmilton və ya Corc Rasseli əvəz etmək zərurəti yarana bilər. Buna görə də, alman sürücü bütün yarışlara gələcək. Eyni zamanda, Mik üçün simulyator üzərində geniş iş proqramı nəzərdə tutulub. Sürücü ümid edir ki, Mercedes-lə əməkdaşlıq sayəsində 2024-cü il üçün əsas pilot kimi özünə yer tapa biləcək.

Qeyd edək ki, Mercedes fevralın 15-də Silverstounda yeni W14 maşınının təqdimat mərasimini keçirəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*