F-1.az bildirir ki, almaniyalı sürücü aşağı seriyalarda fərqli nömrələrdən istifadə edib. Hazırda Formula2-də 20 nömrə ilə mübarizə aparan Mik gələn il Formula1-də yarışacağı nömrəni açıqlayıb. O, 47 nömrəni seçib.
Mik Şumaxer: “4 və 7 sevdiyim rəqəmlərdir. Bu nömrələrin artıq sahibi olduğu üçün 47-ni seçdim. Gülməli səslənə bilər, amma ailə üzvlərin ad günlərini toplayanda da 47 edir”.