F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidəki sıralanma turunda 13-cü olub.
Mik Şumaxer: “Gözləmədiyimiz halda ikinci sessiyaya qalmaq müsbət hal idi. Peleton çox yaxın idi və buna görə də boliddən maksimumu almalı idik. Performansımız son sessiya üçün yetərli olmadı və bu məyusedicidir, lakin maşınlar arasındakı fərq çox azdır. Buna görə də bir döngəni səhv alanda ələnirsiniz. Buna baxmayaraq, sıralanma turu yaxşı keçdi.
13-cü yerdən başlayırıq və arxamızda sürətli maşınlar var. Önümüzdə AlphaTauir var. Yaxşı start alsaq, yarışı onların önündə bitirə bilərik”.