F-1.az bildirir ki, WEC seriyasının final yarışı ərəfəsində Bəhreyndə həm də Asiya çempionatlarından olan MRF Challenge yarışının 2016/17-ci illər mövsümünün startı verilib.
MRF Challenge-da bir həftəsonunda iki sıralanma turu və dörd yarış olur. Bu seriyada adətən avropalı sürücülər daha çox uğur qazanırlar. Saxirdə ilk günün birinci yarışında Ədrian Nyuinin oğlu Hərrison Nyui, ikinci günün ilk yarışında isə estoniyalı Ralf Aron qalib gəliblər. Mixael Şumaxerin oğlu Mik Şumaxer hər iki günün ikinci yarışlarının qalibi olub.
Seriyanın növbəti yarışları 9-10 dekabr tarixlərində Dubay Avtodromunda keçiriləcək.