M.Şumaxer Mercedes-in ehtiyat sürücüsü ola bilər

Haas komandası gələn il Mik Şumaxeri yoxsa Niko Hülkenberqi seçəcəyi barədə qərarı gələn həftəyə təxirə salıb.

F-1.az xəbər verir ki, Mik San Paouloda ehtiyat variantının olduğunu bildirib.

Mik Şumaxer: “Əlbəttə ki, davam etmək istəyərəm. Komandanın qərarı mənim üçün mənfi olarsa, nə edəcəyimi düşünəcəm. Ən pis ssenarini əvvəlcədən görməmək axmaqlıq olar. Bu barədə düşünmək istəməsəm də, “B planım” var”.

Auto Motor und Sport-un məlumatına görə, əgər Daniel Rikkardo Mercedes komandasının ehtiyat sürücüsü olmağı qəbul etməzsə, bu rol gənc Şumaxerə təklif edilə bilər. Rikkardonun alman komandasında ehtiyat sürücü roluna razılaşacağı kiçik ehtimaldır. Çünki Corc Rassellin uzunmüddətli müqaviləsi var, Lyuis Həmilton da hələ yarışmaq istədiyini bildirib. Buna görə də, Daniel 2024-də sükan arxasına qayıtmaq istədikdə, Mercedes-də boş yer olmayacaq.

Mercedes-in ehtiyat sürücüləri əksər müştəri komandalar üçün də eyni rolu oynayır. Bu da əsas sürücü olmaq üçün yaxşı şans yarada bilir. Nik de Frizin timsalında bunu artəq görmüşük…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*