M.Şumaxer McLaren-in ehtiyat sürücüsü olub

McLaren komandası daha bir ehtiyat sürücüsünün adını açıqlayıb - bu, Mercedes-də də eyni rolu oynayacaq Mik Şumaxerdir.

F-1.az xatırladır ki, Mercedes McLaren-i güc qurğuları ilə təmin edir və bu əməkdaşlığın bir hissəsi kimi bir neçə ildir ki, öz ehtiyat sürücüləri ilə Uokinq mərkəzli komandanı da təmin edir. Mik artıq McLaren bazasında da olub və oturacaq testi edib.

Formal olaraq Mik McLaren-in ikinci ehtiyat sürücüsüdür – keçən ilin dekabrında da Aleks Palou bu rola dəvət edilib. Amma Şumaxerin Formula1-də təcrübəsini nəzərə alsaq, şübhəsiz ki, lazım gələrsə, McLaren-in əsas yarışçılarından birini əvəz edəcək sürücü Aleks yox, məhz Mik olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*