M.Şumaxer: Hamı Monakoda yarışmaq istəyir

Haas komandasının sürücüsü Mik Şumaxer tarixi Monakoda Formula1 bolidi sürmək üçün səbirsizlənir.

F-1.az xatırladır ki, almaniyalı sürücü debüt mövsümündə xal almasa da, komanda yoldaşı Nikita Mazepinə nisbətən daha yaxşı nəticələr qazanır.

Mik Şumaxer: “Bura tarixi olan çətin trasdır. Bu yarışı bütün sürücülər sevir və azı bir dəfə Monakoda yarışmaq istəyir. 2019-cu ildə ilk dəfə Monakoda yarışmışdım və çox bəyənmişdim. Formula1 bolidi sürmək üçün səbirsizlənirəm. Monakoda çox şey sürücüdən asılıdır. Əgər boliddə özünüzü yaxşı hiss edirsinizsə, Monakoda yaxşı nəticə qazana bilərsiniz. Görək bolidimiz Monte Karlonun dar küçələrində necə işləyəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*